Texnologiya müəllimlərinin NƏZƏRİNƏ: sertifikasiya mövzuları açıqlanıb

29 Dekabr, 2025 - 16:37
Texnologiya müəllimlərinin NƏZƏRİNƏ:

2026-cı ildə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.

“Azərbaycan müəllimi” sertifikatlaşdırmanın test mərhələsi üzrə qiymətləndirmə çərçivəsinə əsasən texnologiya müəllimləri üçün imtahanda yer alacaq mövzuları təqdim edir.

Texnologiya müəllimləri sertifikasiya imtahanında 4 məzmun sahəsi üzrə ümumilikdə 50 suala cavab verməli olacaqlar. Sualların bölgüsü aşağıdakı kimidir:

– Emal texnologiyaları – 17 sual

– Texnika elementləri – 13 sual

– Məişət mədəniyyəti – 12 sual

– Qrafika – 8 sual

Məzmun sahələri üzrə mövzular

1. Emal texnologiyaları

Oduncağın emalı texnologiyası

Metalın emalı texnologiyası

Ağac və metalın bədii emalı texnologiyası

Ərzaq (qida) məhsullarının emalı texnologiyası

Parçanın emalı texnologiyası və naxıştikmə

Parçadan hazırlanmış məmulatlara qulluq texnologiyası

Konstruksiya materiallarından məmulatların hazırlanma texnologiyası

Plastik kütlə və ondan məmulatların hazırlanma texnologiyası

2. Texnika elementləri

Elektrotexniki işlər

Texnoloji maşınların, mexanizmlərin, cihaz və dəzgahların quruluşu və iş prinsipi

Elektron texnologiyaları

3. Məişət mədəniyyəti

Davranış və ünsiyyət mədəniyyəti

Sadə təmir işləri

Yaşayış yerinin interyerinin formalaşdırılması

Plastik kütlədən olan pəncərələrin konstruktiv elementləri və təmiri texnologiyası

Tərəvəzlərin becərilməsi, meyvə ağaclarının əkilməsi və meyvələrin saxlanma texnologiyası

Ev quşlarının bəslənməsi, ev heyvanlarına qulluq və yem tədarükü texnologiyası

4. Qrafika

Qrafik savad elementləri

İnsan həyatında texnologiya və məmulatların hazırlanma mərhələləri

Məmulatın qrafik təsviri, ölçmə və nişanlama alətləri

Məmulatların konstruksiya edilməsi, düzbucaqlı və müxtəlif formalı detalların çertyoju

Quraşdırma elementləri olan məmulatların spesifikasiyası, yuvarlaq səthli detalları olan məmulatların çertyojunun oxunması

Müxtəlif birləşmələri olan məmulatların yığma çertyoju və spesifikasiya