Texnologiya üzrə sertifikasiya test nümunələri təqdim edilib – FOTOLAR
2026-cı ildə ilk dəfə sertifikasiyaya cəlb ediləcək texnologiya müəllimləri imtahanda 4 məzmun sahəsi üzrə ümumilikdə 50 suala cavab verməli olacaqlar.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən Texnologiya fənni üzrə sertifikasiyaya hazırlıq məqsədilə təşkil edilən vebinarda Bakı şəhəri 21 nömrəli tam orta ümumtəhsil məktəbinin texnologiya müəllimi Arzu Qaraxanova deyib.
O qeyd edib ki, imtahanda emal texnologiyaları üzrə 17, texnika elementləri üzrə 13, məişət mədəniyyəti ilə bağlı 12, qrafikadan isə 8 sual təqdim olunacaq.
Vebinarın sonunda test nümunələri də təqdim edilib.
-
VüsaləTemas yükləməkdə çətinlik çəkirəm Problem olur9 gün əvvəlCavablaLike (0) -
Esmiraİnsallah imtahandada bele asan suallar salarsiz.10 gün əvvəlCavablaLike (0) -
AynurMuelllim olmaq üçün nə etmək lazimdir27 gün əvvəlCavablaLike (0) -
MidvariOlar28 gün əvvəlCavablaLike (0)



