Tibb bacısının işdən çıxarılması ilə bağlı liseydən açıqlama
2 nömrəli uşaq poliklinikasından Heydər Əliyev adına Liseyə təhkim olunmuş tibb bacısının çalışdığı səhiyyə müəssisəsi tərəfindən geri çağırılması müvafiq prosedur qaydalara əsaslanır.
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq liseydən bildirilib.
Qeyd edilib ki, tibb bacısının liseyə təhkim olunduğu dövrdə fəaliyyətində pedaqoji mühitə uyğun olmayan davranışlar müşahidə olunub və bu amil geri çağırılma səbəbləri sırasında yer alır.
Bütün bunlar nəzərə alınaraq 3 dekabr 2025-ci il tarixində 2 nömrəli uşaq poliklinikasının əmrinə əsasən tibb bacısının liseydəki fəaliyyətinə xitam verilib və təhsil müəssisəsinə başqa tibb bacısı təhkim olunub.
Lisey rəhbərliyi tibb bacısının rəhbərliyə dair səsləndirdiyi digər iddiaların isə tamamilə əsassız olduğunu bildirib.
Qeyd edək ki, sözügedən tibb bacısı daha əvvəl mediaya müraciət edərək işdən əsasız çıxarıldığını iddia etmiş, lisey rəhbərliyi ilə bağlı bir sıra ciddi ittihamlar səsləndirmişdi.



