TKTA akkreditasiya qiymətləndirilməsi üzrə ekspert hazırlığını davam etdirir

31 Oktyabr, 2025 - 11:44
TKTA akkreditasiya qiymətləndirilməsi üzrə ekspert hazırlığını davam etdirir
TKTA akkreditasiya qiymətləndirilməsi üzrə ekspert hazırlığını davam etdirir
TKTA akkreditasiya qiymətləndirilməsi üzrə ekspert hazırlığını davam etdirir
TKTA akkreditasiya qiymətləndirilməsi üzrə ekspert hazırlığını davam etdirir

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsi tərəfindən təhsil müəssisələrinin və təhsil proqramlarının akkreditasiya qiymətləndirilməsində iştirak edəcək ekspertlərin hazırlanması prosesi çərçivəsində ekspert namizədləri üçün növbəti simulyasiya görüşləri təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşlərin açılışında çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov akkreditasiya prosesinin təhsil müəssisələrində keyfiyyətin yüksəldilməsinə xidmət edən mühüm alət olduğunu vurğulayıb. O, bu prosesdə akkreditasiya komissiyası üzvlərinin peşəkar yanaşmalarının vacibliyini qeyd edərək simulyasiya görüşlərinin ekspertlərin praktik bilik və bacarıqlarının formalaşmasında mühüm rol oynadığını bildirib. Simulyasiya mərhələsində 4 fərqli şərti komissiya daxilində ümumilikdə 28 ekspert namizədi iştirak edib. Namizədlər öncəki 2 təlim modulu üzrə əldə etdikləri nəzəri biliklərdən istifadə edərək verilmiş tapşırıq və təlimatlar əsasında şərti ali təhsil müəssisəsinin akkreditasiya prosesinin simulyasiyası və müxtəlif rollarda çıxış edərək özünütəhlil hesabatının təhlilini həyata keçirib, həmçinin müsahibə mərhələsini canlandırıblar.

Simulyasiya görüşlərinin keçirilməsində əsas məqsəd ekspert namizədlərinin akkreditasiya meyarlarının tətbiqi, müsahibə aparılması texnikası və hesabat tərtibatı üzrə praktik bilik və bacarıqlarının qiymətləndirilməsidir. Namizədlərin fəaliyyətinin qiymətləndirilməsi TKTA-nın əməkdaşları və akkreditasiya proseslərində iştirak etmiş təcrübəli ekspertlər tərəfindən həyata keçirilib. Məlumat üçün bildiririk ki, qiymətləndirməni uğurla başa vuran namizədlər sertifikat əldə etməklə TKTA-nın ekspert bazasına daxil ediləcək və növbəti akkreditasiya qiymətləndirilmələrində ilkin olaraq müşahidəçi qismində iştirak edərək praktiki təcrübə əldə edəcəklər.