Turan Topalova: Ehtiyat siyahıdakı namizədlər də proqramdan yararlana bilərlər
“Xaricdə təhsil üzrə Dövlət Proqramında iştirak edən namizədlərin yekun balları ictimaiyyətə açıqlanmır. Lakin proqramın seçim qaydalarına əsasən, namizədlər topladıqları yekun bala görə sıralanır və kvota çərçivəsində ən yüksək bal toplamış şəxslər növbəti mərhələyə keçid imkanı qazanırlar”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət Proqramının İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, xüsusilə bakalavriat və magistratura səviyyəsi üzrə təhsil almaq istəyən namizədlərin ehtiyat siyahısı mövcuddur: “Bu isə o deməkdir ki, sonradan əlavə imkanlar yarandıqda ehtiyat siyahıdakı yüksək ballı şəxslər də proqramdan yararlana bilərlər”.
Turan Topalova sonda qeyd edib ki, seçim tam şəkildə qaydalara uyğun və şəffaf aparılır.



