Türk professor Almaniyada nüfuzlu universitet rektoru oldu

5 Dekabr, 2025 - 14:38
Türk professor Almaniyada nüfuzlu universitet rektoru oldu

İnformatika mütəxəssisi olan professor Fatma Dəniz Almaniyanın aparıcı texniki universitetlərindən biri olan Berlin Texniki Universitetinin (TU Berlin) rektoru seçilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, eyni universitetin prorektoru olan professor Fatma Deniz süni intellekt üzərində çalışır. İki turda keçirilən rektor seçkilərində Fatma Deniz 42 səs alıb. Səsvermədə 18 səs alan hazırkı rektor Geraldine Rauch-u qabaqlayan F.Deniz 1 aprel 2026-cı ildə dörd il müddətinə rektorluq fəaliyyətinə başlayacaq.

Fatma Deniz Almaniyada anadan olub və 2001-ci ildə Bursa qızlar Liseyini və 2008-ci ildə Münhen Texniki Universitetinin kompüter fakültəsini bitirib. ABŞ-a gedən və Caltech-dən magistr dərəcəsi alan Deniz  Berlin Texniki Universiteti və Berlin Bernstein Hesablama Neyroelm Mərkəzi (Bccn) ilə əməkdaşlıq edərək kompüter elmləri sahəsində fəlsəfə doktoru dərəcəsini alıb. F. Deniz 2013-2020-ci illərdə Kalifprniya Berkli Universitetinə araşdırmalar aparıb. 1 aprel 2024-cü il tarixindən etibarən Berlin Texnologiya İnstitutunun prorektor müavini vəzifəsində çalışan F.Deniz  Berlin Bioloji və Süni Sistemlər Texnologiya İnstitutunun dil və kommunikasiya kafedrasının müdiri vəzifəsini də icra edib.