Türkiyə-Azərbaycan Universitetinin 2 yaşı oldu 

19 Fevral, 2026 - 13:30
Türkiyə-Azərbaycan Universitetinin 2 yaşı oldu 

Bu gün Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaranmasının iki ili tamam olur. 

“Azərbaycan müəllimi” xəbər verir ki, TAU Türkiyə və Azərbaycanın aparıcı ali məktəblərinin ən güclü ixtisaslarının sintezi əsasında qurulan “çətir universitet” modelidir. 

Burada Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTÜ) Kompüter mühəndisliyi proqramı, İstanbul Texniki Universitetinin (İTÜ) Sənaye mühəndisliyi proqramı, Hacettepe Universitetinin Qida mühəndisliyi proqramı tədris olunur. 

Qeyd edək ki, Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.

İki yaşlı universitetimizi təbrik edir, elm və təhsil sahəsinin inkişafı istiqamətində uğurlar arzulayırıq!