Türkiyəli rektor: Universitetlərimiz arasında əməkdaşlıq protokolu imzalanacaq
 
                                “Ümidvarıq ki, Naxçıvan Dövlət Universitetində keçirilən “İnkişaf və innovasiyalar: Süni intellekt və maşın öyrənməsi” adlı I Beynəlxalq elmi-praktik konfrans səmərəli təqdimatların və universitetlərarası güclü əlaqələrin yaranmasına imkan yaradacaq”. 
“Azərbaycan müəllimi” xəbər verir ki,  bu sözləri Türkiyənin Düzce Universitetinin rektoru Nedim Sözbir jurnalistlərə müsahibəsində bildirib.
“Burada iştirak edən müəllimlərimiz də fizika sahəsində çalışan və dərs deyən peşəkar kadrlardır. Onların iştirakı həm təcrübə mübadiləsi, həm də birgə layihələr üçün əhəmiyyətlidir. Yaxın zamanda universitetlərimiz arasında əməkdaşlıq protokolu imzalanacaq və bu əlaqələr davam etdiriləcək. Həm birgə layihələr, həm də ortaq konfranslar vasitəsilə Düzcədə və Naxçıvanda fəaliyyətimizi birgə davam etdirməyi planlaşdırırıq”.                        
 



 
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                    

 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            