Uğurun uğuru - Uzunluğa tullanma üzrə çempion o oldu

21 İyun, 2026 - 13:38
Uğurun uğuru

Məktəblilərarası Respublika İdman Olimpiadası davam edir. Bu gün atletika üzrə yarışda uzunluğa tulanma üzrə qalib Uğur Məmmədli olub. 

Naxçıvan məktəblisi “Azərbaycan müəllimi” ilə hisslərini bölüşərək çox həyəcanlandığını, amma idmanı sevdiyi, həvəslə məşğul olduğu üçün qalib gəldiyini söyləyib:

“Çox həyəcanlı idim. İlk dəfə bu səviyyədə bir yarışa qatıldım və qalib oldum. Cəbrayıl müəllimlə bir ildir ki, hazırlaşırdım. Qalib gəlmək insana qürur hiss etdirir. Rəqiblərim də çox güclü idilər, amma mənə qalib gələ bilmədilər”.

Uğur Ordubad İnternat Məktəbinin VII sinif şagirdidir. 1 ildir ki, məktəbdə idmanla məşğul olmağa başlayıb və bu gün onun nəticəsini görüb.

Uğurun uğuru