“UI Greenmetric 2024” reytinqinə düşən ali məktəblərimizin sayı 3 dəfə artıb
“UI Greenmetric 2024” dünya universitetlərinin reytinqində Azərbaycan ali təhsil müəssisələrinin sayı 3 dəfə artaraq 12-ə çatıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Belə ki, ötən il reytinqə daxil olan 4 ali təhsil müəssisəsinin mövqeyi 2024-cü ildə daha da güclənib.
Əlavə olaraq, cari ildə ilk dəfə Azərbaycanın 8 ali təhsil müəssisəsi “UI Greenmetric” dünya universitetlərinin reytinqinə daxil olub. Ümumilikdə, Azərbaycandan 6 ali təhsil müəssisəsi bu reytinqdə TOP 1000-də yer alır.
Qeyd edək ki, “dayanıqlılıq” istiqaməti üzrə dünya universitetlərinin fəaliyyətinin qiymətləndirildiyi “UI Greenmetric 2024” reytinqində 95 ölkədən 1477 ali təhsil müəssisəsi təmsil olunub.


