Ümumi təhsilin yeni dövlət standartları ictimai müzakirəyə çıxarılacaq 

15 Dekabr, 2025 - 16:39
Ümumi təhsilin yeni dövlət standartları ictimai müzakirəyə çıxarılacaq 

Ümumi təhsilin dövlət standartı yenilənir. 

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu “Azərbaycan müəllimi”nə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda layihə ilə bağlı müzakirələr davam edir. 2026-cı ildə layihə ictimai müzakirəyə çıxarılacaq.

Vəfa Yaqublu əlavə edib ki, dövlət standartları ümumi təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən edir. Dövlət standartları fənlər üzrə məzmun standartları və kurikulumların hazırlanmasında əsas tutulur. Dövlət standartları 5 ildən bir yenilənir. Bu standartlar sonuncu dəfə 2020-ci ildə  qəbul edilib