UNEC əməkdaşı Peşə Təhsil Mərkəzində seminar keçib

6 Dekabr, 2024 - 11:43

UNEC Yaradıcılıq Mərkəzinin və Radio UNEC-in rəhbəri Elman Telmanoğlu İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində Sosial Media və Kommunikasiya mövzusunda seminar keçib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, seminarda sosial media strategiyaları, effektiv kommunikasiya üsulları və müasir texnologiyaların rolu barədə zəruri məlumatlar təqdim olunub. Həmçinin sosial mediadan düzgün istifadənin yolları açıqlanıb.

Seminar interaktiv müzakirələrlə yekunlaşıb.