Uşaq-gənclər idman məktəbinin məşqçi-müəllimi “Tərəqqi” medalı ilə təltif edilib

26 Dekabr, 2025 - 09:51
Uşaq-gənclər idman məktəbinin məşqçi-müəllimi “Tərəqqi” medalı ilə təltif edilib

25 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, ölkə idman sahəsində inkişafında xidmətlərinə görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi “Təhsil Respublika İdman Mərkəzi”nin 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin Yunan-Roma güləşi bölməsinin məşqçi-müəllimi Rəcəbov Nurəddin Rəcəb oğlu “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Nurəddin Rəcəbov 2021-ci ildən etibarən 2 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin Yunan-Roma güləşi bölməsinin məşqçi-müəllimi kimi fəaliyyət göstərir. Həmin idman növü üzrə şagirdlərə idmanın sirlərini öyrədir.

Respublika və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməsi üçün öz bilik və bacarığını yeniyetmələrə aşılayır.