Uşaqların hüquqları tam şəkildə qorunduğu halda firavan gələcək mümkündür - ICESCO

23 Dekabr, 2025 - 13:06
Uşaqların hüquqları tam şəkildə qorunduğu halda firavan gələcək mümkündür - ICESCO

"Uşaqların qorunmasının getdikcə mürəkkəbləşən bu rəqəmsal dövrdə gücləndirilməsi mühüm  əhəmiyyət kəsb edir. ICESCO-da uşaqlar, yeniyetmələr və gənclər hər zaman missiyamızın diqqət mərkəzində olub. İnanırıq ki, davamlı inkişaf, sülhsevər cəmiyyət və firavan gələcək yalnız uşaqların hüquqları, ləyaqəti və rifahı tam şəkildə qorunduğu halda mümkündür".

“Azərbaycan müəllimi”  xəbər verir ki, bu fikirləri  lCESCO-nun baş direktorunun müşaviri Amira El Fadil “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib.

ICESCO təmsilçisinin sözlərinə görə, bu gün rəqəmsal transformasiya uşaqlığın mahiyyətini əsaslı şəkildə dəyişdirib: “Araşdırmalar göstərir ki, qlobal internet istifadəçilərinin təxminən üçdə birini uşaqlar təşkil edir. Təəssüf ki, bir çox ölkələrdə uşaqlar zərərli məzmuna, onlayn istismara və rəqəmsal zorakılığa məruz qalırlar. Sosial media alqoritmləri və süni intellekt texnologiyalarının sürətli inkişafı isə bu riskləri daha da dərinləşdirir və mürəkkəbləşdirir”.