Valideynlər qoruyucu vasitələrdən istifadə etməklə uşaqlarına nəzarət edə bilərlər - Zəhra Pezeşkian

23 Dekabr, 2025 - 11:22
Valideynlər qoruyucu vasitələrdən istifadə etməklə uşaqlarına nəzarət edə bilərlər

Praktik təlimlər və qoruyucu vasitələrdən istifadə edərək valideynlərin uşaqların rəqəmsal mühitdə istifadəsinə nəzarət etməsinə şərait yaratmaq olar.  

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkian “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda qeyd edib.

Onun sözlərinə görə, texnologiyaların sürətli inkişafı ilə ayaqlaşmaq üçün çağırışlar hələ də gündəmdədir. Zəhra Pezeşkian qeyd edib  ki, “uşaq hüquqları konvensiyasına rəqəmsal hüquqlara əsaslanan protokollar əlavə edilə bilər".