Vasif Qafarov: Yeni “Təhsil haqqında” Qanun hazırlanmalıdır
“Müasir çağırışları, rəqəmsallaşmanı, beynəlxalq təhsil məkanına inteqrasiyanı və akademik azadlıqları nəzərə alan yeni “Təhsil haqqında” Qanunun hazırlanması və müzakirəyə çıxarılması 2026-cı ilin yaz sessiyasının əsas prioritetlərindən biri olmalıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında deputat Vasif Qafarov deyib.
Onun sözlərinə görə, mövcud qanunvericilik təhsil sistemində baş verən sürətli dəyişiklikləri tam əks etdirmir və yeni qanun konseptual xarakter daşımalı, sistemli islahatlar üçün hüquqi baza yaratmalıdır.



