Xaçmazın İstisu qəsəbə məktəbində istilik problemi aradan qaldırılıb

25 Fevral, 2025 - 21:08
Xaçmazın İstisu qəsəbə məktəbində istilik problemi aradan qaldırılıb

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz rayonunun İstisu qəsəbə tam orta ümumtəhsil məktəbində istilik təminatında yaranmış problem aradan qaldırılıb.

Bu barədə "Azərbaycan müəllimi"nə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəbin qazla təminatında yaranan problemlərlə əlaqədar Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən müvəqqəti olaraq dizel yanacağı ilə təminat təşkil edilib və bu yanaşma ilə problem həll olunana qədər istilik təminatı təmin olunub.

25 fevral 2025-ci il tarixindən etibarən məktəbin qazla təmin olunmasına başlanılıb. İdarə əməkdaşları tərəfindən məktəbdə görülən işlərə daimi nəzarət həyata keçirilir.

Qeyd olunub ki, təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eləcə də uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil alması prioritet istiqamətlərdəndir. 

Bu baxımdan, payız-qış mövsümündə təhsil müəssisələrinin istiliklə təchizatının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. İstilik təminatının plana və qanunvericiliyə uyğun müddətdə həyata keçirilməsi, uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları və tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib.

Xaçmazın İstisu qəsəbə məktəbində istilik problemi aradan qaldırılıb
Xaçmazın İstisu qəsəbə məktəbində istilik problemi aradan qaldırılıb