Xarici dil üzrə fəlsəfə doktoru imtahanından uğurla keçənlərə şəhadətnamələr verilir
22 iyunda xarici dil fənləri üzrə fəlsəfə doktoru imtahanında müvəffəqiyyət əldə edən şəxslərin şəhadətnamələrinin verilməsinə başlanılıb.
Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə bildirilib ki, doktorantura və dissertantura səviyyəsində xarici dil fənləri üzrə fəlsəfə doktoru imtahanından uğur qazanaraq şəhadətnamə əldə etmiş şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.



