Xarici tələbələr üçün qısamüddətli məktəblər fəaliyyətə başladı 

28 Noyabr, 2024 - 10:18

Sumqayıt Dövlət Universitetində (SDU) xarici universitetlərin tələbələri üçün qısamüddətli məktəblər fəaliyyətə başlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu SDU-nun rektoru Rüfət Əzizov sosial şəbəkəsindəki hesabında paylaşıb. 

Şimali Qafqaz Federal Universiteti ilə birgə təşkil olunan ilk “payız məktəbində” Rusiyanın 10 müxtəlif universitetindən seçilmiş aktiv tələbələr iştirak edir.