Xətai rayonundakı yanğın məktəb ərazisində baş verməyib
Bakı şəhəri Xətai rayonu Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bəzi sosial şəbəkə hesablarında yanğının məktəb ərazisində baş verdiyinə dair məlumatlar həqiqəti əks etdirmir.



