Xocalı sakini: Bir vaxtlar şagird kimi getdiyim məktəbə indi müəllim kimi qayıtmışam - VİDEO

26 Fevral, 2025 - 13:19
Xocalı sakini: Bir vaxtlar şagird kimi getdiyim məktəbə indi müəllim kimi qayıtmışam - VİDEO
Xocalı sakini: Bir vaxtlar şagird kimi getdiyim məktəbə indi müəllim kimi qayıtmışam - VİDEO

Baku TV “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalının Ballıca kəndinə qayıdan sakinlərlə həmsöhbət olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, 33 ildən sonra doğma yurduna dönən Ballıca sakinləri, kənddə bərpa edilən fərdi yaşayış evlərində məskunlaşmaq üçün hər cür şəraitin yaradıldığını bildiriblər.

Bir Xocalı sakini reportajda sevincini belə ifadə edib: “Ailəm, dörd övladımla birlikdə gəlmişəm. Ev-eşiyimiz qaydasındadır. Tezliklə işlə təmin olunacağam. Prezidentlə görüşümüz də yüksək səviyyədə keçdi. Həmin anların yaşanmasına çox şad oldum”.

Başqa bir sakin isə “Ali Baş Komandana bu sevinci bizə yaşatdığı üçün təşəkkür edirəm. Bir vaxtlar şagird kimi getdiyim məktəbə indi müəllim kimi qayıtmışam. Sevincimin hədd-hüdudu yoxdur”, – deyib.

Ətraflı Baku TV-nin reportajında izləyə bilərsiniz.