Yallı festivalında 350-dən çox şagird bir araya gəldi
“Birlik” uşaq musiqi və rəqs layihəsi çərçivəsində Yallı festivalının qala-konserti keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Uşaq Fondu tərəfindən Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Birlik” Yallı festivalının qala-konsertində Bakı, Lənkəran və Gəncə regionlarından 350-dən çox şagird iştirak edib. Seçim mərhələsini uğurla başa vuran 200-dən çox iştirakçı qala-konsertdə müxtəlif yallı nümunələri ilə çıxış edərək öz istedadlarını nümayiş etdirib.
Şagirdlərdən ibarət yallı qrupları “Şalı-şalı” rəqsi, “Birlik” rəqsi, “Cəngi”, “Qızlar” yallısı, “Şəki” yallısı, “Qarabağ” yallısı, “Şirvan” yallısı kimi müxtəlif rəqs nömrələri təqdim ediblər.
Festivalın sonunda “Birlikdə” mahnısı səsləndirilib, iştirakçılar və kollektiv rəhbərləri sertifikatlarla təltif olunublar.
Tədbir milli mədəniyyətimizin təbliği və uşaqların yaradıcılıq potensialının inkişafına töhfə verən əhəmiyyətli layihə kimi yadda qalıb.




