Yanıma bir uşaq gətirmişdilər, heç mənim o qədər mükafatım yox idi... – Xalq rəssamı

10 İyun, 2025 - 14:08
Yanıma bir uşaq gətirmişdilər, heç mənim o qədər mükafatım yox idi... – Xalq rəssamı
Yanıma bir uşaq gətirmişdilər, heç mənim o qədər mükafatım yox idi... – Xalq rəssamı

"Təəssüf ki, valideynlər hər zaman övladlarını doğru istiqamətə yönləndirə bilmirlər".

Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Xalq rəssamı Sakit Məmmədov deyib.

O bildirib ki, uşağın rəssamlıq qabiliyyəti varsa, onu bu sahəyə yönləndirmək olar. Amma bəzi valideynlər bu prosesi düzgün başa düşmürlər.

"Uşaq 1-2 ay şəkil çəkəndən sonra valideyləri başlayırlar soruşmağa ki, "sərgisini nə vaxt təşkil edək?" Uşaq da bir müddət sonra özünü artıq “rəssam” saymağa başlayır. Bu, olduqca yanlış bir yanaşmadır".

Bir hadisəni danışım. Yanıma bir dəfə 13 yaşında bir uşaq gətirmişdilər. Atası dedi: “Sakit müəllim, istəyirik övladımız sizin tələbəniz olsun”. Dedim, yaxşı. Gözləyirəm ki, uşağın çəkdiyi rəsmləri göstərsinlər. Onun əvəzinə qalın bir broşür uzatdılar. Uşağın aldığı fəxri fərmanlar, diplomlar, müxtəlif yerlərdə tutduğu yerlər – nə desən, var. Zarafatla dedim ki, bu qədər mükafat məndə belə yoxdur. Bunu niyə mənim yanıma gətirmisiniz ki? O artıq “tanınmış rəssam”dır".