Yeni dövr gənclərin qarşısında müəyyən vəzifələr qoyur – Nazir müavini

18 Fevral, 2026 - 16:28
Yeni dövr gənclərin qarşısında müəyyən vəzifələr qoyur

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan İdman Akademiyasında mentorlarla görüşüb.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüş Elm və Təhsil Nazirliyi və “Regional inkişaf” İctimai Birliyinin "Mentorla görüş" birgə layihəsi çərçivəsində reallaşıb. 

F.Qurbanov elm və təhsilin insan həyatındakı roluna xüsusi diqqət çəkib: "Gələcəyinizin uğurlu olması aldığınız təhsildən, qazandığınız bacarıq və vərdişlərdən aslıdır".

O bildirib ki, idman, musiqi və incəsənətlə məşğul olanların mənimsəmə faizi məşğul olmayanlarla müqayisədə 35 faiz yüksəkdir.

İkinci Qarabağ müharibəsinin acı nəticələrindən danışan nazir müavini bu müharibədə iştirak edən 760 təhsil işçisi arasında şəhidlərin, hətta dünyalarını dəyişən məktəblilərin olduğunu, onların heç zaman unudulmayacağını xüsusi vurğulayıb. F.Qurbanov yeni dövrün gənclərin qarşısında müəyyən vəzifələr qoyduğunu da xatırladıb: "Gənclər bu vəzifələrə də, vətənin müdafiəsinə də həmişə hazır olmalıdırlar".

Karyera inkişafı yollarından danışan, uğurlu insanların motivasiya mənbəyi olan amillərə toxunan F.Qurbanov məsuliyyət, laqeydlik və təşəbbüsü insan üçün əhəmiyyətli xüsusiyyət kimi dəyərləndirib.

F.Qurbanov gənclərin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alması üçün yaradılan şəraitdən söz açıb, bu imkandan gorüş iştirakçılarının da istifadə edə biləcəyini deyib.

Sonda nazir müavini gənclərin müxtəlif suallarını cavablandırıb.