Sabah ilk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq

14 Sentyabr, 2026 - 11:48
Sabah ilk dərs “Şəhərsalma və Memarlıq İli”nə həsr olunacaq

Sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar həyata keçiriləcək.

Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilinin təşkili barədə müvafiq əmrinə əsasən, yeni tədris ilinin ilk dərsi ölkə üzrə bütün II–XI siniflərdə “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq.