Yeniyetmə şahmatçımız dünya birincisi oldu

28 İyun, 2026 - 12:12
Yeniyetmə şahmatçımız dünya birincisi oldu

Mingəçevir şəhəri Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi, Mingəçevir şəhəri Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Zəhra Allahverdi beynəlxalq arenada möhtəşəm uğura imza atıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, Zəhra İtaliyanın Montesilvano şəhərində keçirilən 14 yaşadək yeniyetmələr arasında Dünya Şahmat Çempionatında parlaq çıxış edərək qızıl medal qazanıb və dünya çempionu adına layiq görülüb.

Yeniyetmə şahmatçımız dünya birincisi oldu