Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 Avqust, 2025 - 17:16
Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır
Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

Avqustun 16-da saat 10:00-da 2025-2026-cı tədris ili üzrə şagirdlərin yerdəyişmə prosesi imtahanla həyata keçirilən lisey və gimnaziyaların 5,6,7,8 və 9-cu siniflərinə qəbul imtahanı həyata keçiriləcək. 

Bu barədə “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 26 avqust tarixində isə ibtidai siniflər üçün müsabiqənin müsahibə formatında təşkili nəzərdə tutulur. 

İmtahana dair məlumatlar valideynlərin şəxsi kabinetinə göndərilib. 

Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi üzrə müsabiqələr müəssisələr tərəfindən müəyyənləşdirilmiş tarixlərdə keçiriləcək.

Nəzərinizə çatdırırıq ki, lisey və gimnaziyalara verilən boş yer və müraciət sayları nəzərə alınaraq bəzi siniflər və müəssisələr üzrə müsabiqə ləğv edilib. Şagirdlər avtomatik olaraq seçim etdikləri müəssisələrə yerləşdiriləcək.