Yüksək nəticə göstərən abituriyentlərin bölgüsü: lider Bakı
Ötən il ali təhsil müəssisələrinə qəbul zamanı üzrə yüksək nəticə göstərən abituriyentlərin regionlar üzrə bölgüsü məlum olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.
Belə ki, tədris dili üzrə 600-700 bal aralığında bal toplayan abituriyentlərin 1 408 nəfəri Bakı şəhərinin payına düşür.
Paytaxtı 206 nəfərlə Sumqayıt şəhəri izləyir. Daha sonra isə 159 nəfərlər Abşeron rayonu gəlir. Üçüncü yerdə 129 nəfərlə Gəncə şəhəri, dördüncü yerdə isə 66 nəfərlər Şəki rayonu gəlir.




