“Yüksəliş” istedadlı insanların üzə çıxarılmasına xidmət edir – Anar Quliyev
"Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş “Yüksəliş”müsabiqəsi istedadlı insanların üzə çıxarılmasına xidmət edir"
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Onun sözlərinə görə, bu gün dünyada şəhərlər iqtisadi inkişaf və sosial transformasiyanın əsas hissəsinə çevrilib: “İnsanların çoxu şəhərlərdə yaşayır. Şəhərdəki insanların sayının çox olması inkişafı və insanyönümlü tərəqqini zəruri edir. Azərbaycanın son illərdə həyata keçirdiyi layihələr, ağıllı kəndlərin tətbiqi, müasir baş planların hazırlanması mühüm hadisələrdir. Şəhərsalma məsuliyyət və balanslı qərarvermə tələb edir. Bu prinsiplər müasir idarəetməyə də aiddir. Hər qərar gələcəyə xidmət etməlidir. Bu gün burada iştirak edən yarımfinalçıların bu sadaladığım proseslərdə yaxından və peşəkarcasına iştirak edəcəyindən əminəm. Dövlətin yaratdığı imkanlardan səmərəli istifadə etmək üçün məsuliyyətli olmaq və bacarıq şərtdir. “Yüksəliş” müsabiqəsi də həmin bacarıqların üzə çıxarılmasına xidmət edir”.




