Yunus Emre İnstitutunun Bakı koordinatoru Qarabağ Universitetinə səfər edib

18 Fevral, 2026 - 14:28
Yunus Emre İnstitutunun Bakı koordinatoru Qarabağ Universitetinə səfər edib

Yunus Emre İnstitutunun Bakı koordinatoru Gökhan Seyhan Qarabağ Universitetinə tanışlıq səfəri edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində Gökhan Seyhan Qarabağ Universitetinin rektoru Şahin Bayramov ilə görüşüb.

Görüş zamanı tərəflər qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini və potensial birgə layihələrin reallaşdırılması imkanlarını ətraflı müzakirə ediblər.

Bu istiqamətdə ortaq konfransların, seminar və ustad dərslərinin təşkili, mübadilə proqramlarının həyata keçirilməsi, eləcə də müxtəlif mədəni tədbirlərin keçirilməsi məsələləri nəzərdən keçirilib.

Yunus Emre İnstitutunun Bakı koordinatoru Qarabağ Universitetinə səfər edib
Yunus Emre İnstitutunun Bakı koordinatoru Qarabağ Universitetinə səfər edib