100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib - Eşqi Bağırov

7 May, 2026 - 12:29
100 minə yaxın uşaq I sinfə qəbul üçün qeydiyyatdan keçib

“Artıq bir gündür ki, birinci sinfə elektron qəbul başlayıb və yüz minə yaxın uşaq qeydiyyatdan keçib”.

“Azərbaycan müəllimi”  xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu, ciddi bir göstəricidir. Yüz minə yaxın uşaq artıq məktəbini və müəllimini seçib.

Qeyd edək ki, 1-ci sinfə qəbul prosesi mayın 6-dan başlayıb.