1000-dək təhsil müəssisəsində təmir işləri aparılıb
Yay dövründə 1000-dək məktəbəqədər və ümumi təhsil müəssisəsində təmir işləri aparılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bunlar həm əsaslı, həm də cari təmir işləri olub. Həmin məktəblərdə 500 mindən çox şagird təhsil alır.
Sədr bunu da bildirib ki, IV və VI siniflər üzrə monitorinq nəticələrinin yüksəldilməsi, IX-XI siniflər üzrə buraxılış imtahanlarında aşağı nəticə göstərən şagirdlərin faizinin azaldılması, yüksək nəticə göstərənlərin isə faizinin artırılması da əsas hədəflərdəndir:
"Bununla yanaşı, məktəbəqədər təhsilin əhatəliliyinin artırılması, infrastruktur və keyfiyyət məsələləri də yeni tədris ilinin prioritetləri sırasında olacaq. 100-dən çox özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqəyə qoşulub və ilk mərhələdə 10 minə yaxın yer təqdim edilib. Layihə çərçivəsində özəl bağçalarda uşaqların təhsil xərclərinin yarısının dövlət büdcəsi hesabına qarşılanması nəzərdə tutulur".




