114 məktəbli MRİO-da stolüstü tennis üzrə yarışır

21 İyun, 2026 - 12:28
114 məktəbli  MRİO-da stolüstü tennis üzrə yarışır

Məktəblilərin Respublika İdman Olimpiadasında stolüstü tennis növü üzrə mübarizəyə start verilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışın ilk günündə iştirakçılar şəxsi mübarizədə bacarıqlarını göstərirlər.

İyunun 22-də şəxsi və qoşa, 23-də qoşa və qarışıq qoşa növlərində yarışların nəticələrinə əsasən finalçılar müəyyənləşəcək. Olimpiadanın qaliblərinin adına isə iyunun 24-də aydınlıq gətiriləcək.

Qeyd edək ki, stolüstü tennis yarışlarına ümumilikdə 114 məktəbli qatılıb.