13 minə yaxın tərbiyəçi-müəllim və metodist diaqnostik qiymətləndirmədə iştirak edəcək
“Gələn həftə 13 minə yaxın tərbiyəçi-müəllim və metodistin diaqnostik qiymətləndirilməsi olacaq”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 19- 20 oktyabrda tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsi ölkə üzrə 28 mərkəzdə həyata keçiriləcək.


