1667 ailənin iki övladı təhsil tələbə kreditindən yararlanıb
“İndiyədək 2 tələbəsi olan 1667 ailədə ümumilikdə 3334 tələbə, 3 tələbəsi olan 41 ailədən 123 tələbə, 4 tələbəsi olan 3 ailədən isə 12 tələbə təhsil tələbə kreditindən yararlanıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.
O bildirib ki, ümumilikdə, 1711 ailəni əhatə edən 3469 tələbə təhsil tələbə krediti mexanizmi çərçivəsində kreditlə təmin olunub: “Fondun fəaliyyətində yaş məhdudiyyəti tətbiq edilməyib. Eyni ailədən bir neçə nəfərin təhsil tələbə kreditindən faydalana bilməsinin Fondun sosialyönümlü və inklüziv fəaliyyətinin göstəricisidir”.


