189-190 nömrəli məktəb səhhəti pisləşən şagirdləri ilə bağlı məlumat yayıb

30 Aprel, 2026 - 09:35
189-190 nömrəli məktəb səhhəti pisləşən şagirdləri ilə bağlı məlumat yayıb

Bakı şəhəri 189-190 nömrəli tam orta ümumtəhsil məktəbi dünən səhhəti pisləşərək xəstəxanaya çatdırılan 5 şagirdi barədə məlumat yayıb.

Məktəbdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, aprelin 29-da sözügedən məktəbin V sinfində oxuyan 5 şagirdi özlərini narahat hiss edib. 

Məktəb rəhbərliyi və məktəbdə fəaliyyət göstərən Uşaq Müdafiəsi İdarəsinin əməkdaşları tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilib və şagirdlər müayinə üçün müvafiq səhiyyə müəssisəsinə aparılıb.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

İlkin araşdırma nəticəsində məlum olub ki, şagirdlər evdən gətirdikləri şokoladı yedikdən sonra onlarda qarın ağrısı və ürəkbulanma əlamətləri müşahidə olunub.

Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlər evə buraxılıblar.