2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 Avqust, 2025 - 12:13
2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq
2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

2023-2024-cü tədris ilində ABŞ universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı 1 126 690  nəfər təşkil edib.  

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “Statista”nın hesabatında qeyd olunur. 

Hesabata əsasən, bu, son 10 ildə əcnəbi tələbə sayında ən yüksək göstəricidir. 342 875 beynəlxalq tələbə bakalavr, 502 291 nəfər magistratura səviyyəsində təhsil alıb. Riyaziyyat və kompüter elmləri əcnəbilər arasında ən çox yayılmış təhsil istiqamətini təşkil edib. Əcnəbi tələbə sayında Hindistan (331 602)  və Çin  (277 398) bu günə qədər ön sırada olan ölkələrdir. 

Hesabatda 2025-2026-cı tədris ilində əcnəbi tələbələrin sayının azalacağı proqnozlaşdırılır.