Fiziologiya və tibb üzrə Nobel laureatlarının adları açıqlandı

5 Oktyabr, 2026 - 13:43
Fiziologiya və tibb üzrə Nobel laureatlarının adları açıqlandı

Bu gün İsveçdə “Nobel həftəsi” başlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, ilk olaraq İsveçin Karolinska İnstitutu 2026-cı ilin fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb.

Karolinska İnstitutundakı Nobel Assambleyasının qərarı ilə 2026-cı il üçün fiziologiya və tibb üzrə Nobel mükafatına ABŞ-nin Stanford Universiteti və Hovard Hugers Tibb İnstitutunun professoru Karl Deisseroth, Almaniyanın Humboltd Universitetinin professoru Peter Hegemann, Almaniyanın Vürsburq Universitetinin professoru Georg Nagel canlı beyində fərdi sinir hüceyrələrinin fəaliyyətini aktivləşdirməyə və ya söndürməyə imkan verən optogenetikaya aparan kəşflərə görə layiq görülüblər.

Fiziologiya və tibb üzrə Nobel Komitəsinin sədri Per Svenningsson bildirib ki, "Optogenetika beynin xəritəsini bir vaxtlar yalnız xəyal edə biləcəyimiz şəkildə tərtib etmək üçün imkanlar yaradır".

Oktyabrın 6-da fizika, 7-də kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.

Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 8-də bəlli olacaq. Oktyabrın 9-da sülh və nəhayət, oktyabrın 12-də iqtisadiyyat elmləri üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq. 

Nobel Fondu 2026-cı ildə Nobel mükafatının məbləğinin hər mükafat kateqoriyası üçün artırılmasına qərar verib. Builki Nobel mükafatı laureatları hər bir sahə üzrə 12 milyon kron (1,21 milyon dollar) alacaqlar ki, bu da 2025-ci ildəki 11 milyon krondan çoxdur.

Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtında Alfred Nobelin vəfatı günündə keçiriləcək.