2060-cı ilə qədər ozon dəliyi bərpa oluna bilər

3 Dekabr, 2025 - 17:43
2060-cı ilə qədər ozon dəliyi bərpa oluna bilər
2060-cı ilə qədər ozon dəliyi bərpa oluna bilər

Yeni hesabatlara görə, beynəlxalq səylər nəticəsində ozon qatında bərpa prosesi nəzərəçarpacaq dərəcədə sürətlənib və alimlər onun 2060-cı ilə qədər tam formaya düşəcəyini bildirirlər.

“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, yeni tədqiqatlar 1992-ci ildən bəri ozon dəliyinin ən kiçik beşinci ölçüsü qeydə alınıb.

Bunu ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və ABŞ Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) alimlərinin yeni hesabatı göstərir.

1992-ci ildən bəri alimlər hər il Antarktida üzərindəki ozon dəliyinin ölçüsünü qeydə alırlar. Bəzən dəlik böyük, bəzən nisbətən kiçik olur. 2025-ci ildə ölçülən dəlik isə bütün bu illər arasında ölçülmüş ən kiçik beş dəlikdən biridir. Bu o deməkdir ki, ozon dəliyinin bərpa olunur.

Ozon dəliyi deyəndə insanlar bəzən sanki göydə böyük bir dəliyin açıldığını təsəvvür edirlər. Əslində, belə fiziki dəlik yoxdur. Sadəcə olaraq bu, stratosferdə, yəni yer atmosferinin təxminən 10–50 km hündürlükdə yerləşən təbəqəsində ozonun miqdarının azalması nəticəsində yaranan geniş sahədir.

NOAA və NASA mütəxəssisləri vurğulayırlar ki, son nəticələr ozonu məhv edən kimyəvi maddələrin məhdudlaşdırılmasına yönəlmiş qlobal tədbirlərin mühüm effekt verdiyini sübut edir.

Ozon qatının yavaş-yavaş bərpasına təkan verən bu tənzimləmələr 1992-ci ildən qüvvəyə minmiş Monreal Protokolu çərçivəsində tətbiq olunur. Ölkələr zərərli maddələri daha təhlükəsiz alternativlərlə əvəz etdikcə ozon qatının 2060-cı ilin sonuna qədər tam bərpa olunacağı proqnozlaşdırılır.

Yerin ozon qatı bir növ təhlükəsizlik qalxanıdır. İnsanları, heyvanları və bitkiləri zərərli ultrabənövşəyi (UV) şüalardan qoruyur. Ozon səviyyəsi azaldıqda isə daha çox UV şüası yer səthinə çatır. Bu da dəri xərçəngi, katarakta, həmçinin əkinlərdə məhsuldarlığın aşağı düşməsi kimi ciddi sağlamlıq və ekoloji risklər yaradır.

Ozon qatının cari vəziyyətini real vaxt rejimində izləmək üçün linkə keçid edə bilərsiniz.

Nərmin MƏMMƏDZADƏ