25 ildə 4000-dək məktəb tikilib və ya əsaslı təmir olunub
Son 25 ildə 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir olunub, 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, son illərdə tikilən və ya təmir olunan məktəblərin sayı 600-yə yaxındır:
“Yeni tədris ilində 37 yeni təhsil müəssisəsi fəaliyyətə başlayacaq. 41 müəssisədə isə təmir-tikinti işləri davam edir”.
Onun sözlərinə görə, daha 125 təhsil müəssisəsində layihələndirmə işləri aparılır.




