307 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ADPU-da olublar

17 Noyabr, 2026 - 16:30
307 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ADPU-da olublar
Noyabrın 17-də Bakı şəhəri 307 nömrəli tam orta məktəbin müəllim heyəti və şagirdləri Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədris departamentinin Məzun koordinasiyası və karyera şöbəsinin müdiri Könül Əsgərova qarşılayıb. O, məktəblilərə ADPU-nun yaranma tarixi, tədris prosesi, fakültələri və ixtisasları, eləcə də universitetdə yaradılmış təhsil imkanları haqqında məlumat verib.
Ekskursiya çərçivəsində məktəblilər Filologiya fakültəsinin fəaliyyəti ilə tanış olublar. Fakültənin dekan müavinləri Zemfira Abbasova və Arzu İbrahimova qonaqlara fakültənin tədris və akademik fəaliyyəti barədə məlumat verib, onları auditoriyalardakı tədris mühiti ilə tanış ediblər
Proqram çərçivəsində şagirdlər ADPU-nun Heydər Əliyev Muzeyini də ziyarət ediblər. Muzeyin əməkdaşı Aynurə Əsgərova Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin inkişafındakı tarixi xidmətləri barədə məlumat verib.
Daha sonra qonaqlar Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Mərkəzin direktoru Zinharə Həsənova kitabxananın informasiya resursları, elektron kitabxana imkanları və oxuculara göstərilən xidmətlər haqqında məlumat verib, şagirdlərin suallarını cavablandırıb.