356 mindən çox məzun attestat və diplomunu elektron formada alıb

14 Sentyabr, 2026 - 15:21
356 mindən çox məzun attestat və diplomunu elektron formada alıb

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilərək Bakıdan başqa 5 şəhər və rayonu əhatə etməyə başlayıb və sistemdə süni intellekt həllərinin tətbiqinə start verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib. 

Nazir bildirib ki, platformaya qoşulan məktəblərin sayı 349-dan 550-ə çatdırılıb:

“Layihə Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir və Abşeronu əhatə edir. Ötən tədris ilində platformadan istifadə edənlərin (direktor, müəllim, şagird, valideyn) sayı 900 mindən çox olub.
Təhsilverənlər üçün Sİ alətlərindən ("Microsoft Copilot", "Google Gemini", "NotebookLM") istifadə edənlərin sayı 44 mindən çoxdur”.

Emin Əmrullayev qeyd edib ki, bundan başqa, bu il 356 mindən çox məzun ilk dəfə attestat və diplomunu "myGov" vasitəsilə elektron formada alıb.