4-cü “Parla” proqramında müsahibə mərhələsinin nəticələri açıqlanıb

28 Oktyabr, 2026 - 10:02
4-cü “Parla” proqramında müsahibə mərhələsinin nəticələri açıqlanıb

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding”in birgə həyata keçirdiyi “Parla” təqaüd və inkişaf proqramının 4-cü mərhələsi üzrə müsahibəyə keçid edən namizədlərin adları açıqlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu il proqrama ümumilikdə 2020 müraciət daxil olub. Müraciətlərin qiymətləndirilməsi nəticəsində 228 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Müsahibə mərhələsinə keçid edən namizədlərin siyahısı ilə keçidə daxil olaraq tanış olmaq mümkündür.

Növbəti mərhələdə namizədlərlə müsahibələr keçiriləcək. Müsahibələrin vaxtı və təşkili ilə bağlı namizədlərə əlavə məlumat veriləcək.