4 şagirdimiz Avropa Fizika Olimpiadasından medalla qayıtdı
Azərbaycan məktəbliləri beynəlxalq elm arenasında növbəti böyük uğurlarını qazanıblar.
"Azərbaycan müəllimi" xəbər verir ki, İsveçdə keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO) ölkəmizi təmsil edən şagirdlər vətənə 4 bürünc medalla qayıdıblar.12-16 iyun tarixlərində baş tutan bu mötəbər bilik yarışında istedadlı gənclərimiz yüksək nəticə göstərərək bayrağımızı dalğalandırıblar.
Olimpiadada bürünc medal qazanan şagirdlərimiz:
Bəxtiyar Ağayev – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi;
Məhəmməd Cəfərli – Bakı şəhər Texniki-humanitar liseyin 11-ci sinif şagirdi;
Murad Xəlil – Bakı şəhər Bakı Türk Liseyinin 11-ci sinif şagirdi;
Raiq Babazadə – Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi.
Qeyd edək ki, 2018-ci ildən bəri müntəzəm olaraq təşkil edilən Avropa Fizika Olimpiadası qitənin ən nüfuzlu elm müsabiqələrindən biri hesab olunur. Bu il keçirilən turnirdə dünyanın 41 ölkəsindən 200 ən güclü şagird qalibiyyət uğrunda mübarizə aparıb.




