54 məzun, 54 tələbə – NDU Gimnaziyasından 100 faizlik nəticə
Naxçıvan Dövlət Universiteti nəzdində Gimnaziyanın 2025–2026-cı tədris ilinin bütün məzunları tələbə adını qazanıb, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstəriblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, qəbul nəticələrinə əsasən, Hüseyn Tahirov və Kənan Məmmədzadə Qızıl nişana, 30 məzun isə tam orta təhsil haqqında fərqlənmə attestatına layiq görülüb.
Məzunların 31 nəfəri 500–700 bal intervalında nəticə göstərib. 26 nəfər Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə, 28 nəfər isə digər ixtisaslar üzrə ali məktəblərə qəbul olunub.




