7 peşə təhsili müəssisəsində yenidənqurma və təmir işləri aparılacaq

3 Aprel, 2026 - 14:31
7 peşə təhsili müəssisəsində yenidənqurma və təmir işləri aparılacaq

4 peşə təhsili müəssisəsində yenidənqurma və əsaslı təmir işləri yekunlaşıb, 5 müəssisədə isə davam edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə təşkil olunan mediatur çərçivəsində keçirilən brifinqdə səsləndirib. 

Nazir müavini bildirib ki, 7 peşə təhsili müəssisəsində isə yenidənqurma və əsaslı təmir işləri layihələndirilir. 

Onlardan 6-sında (Zəngilan DPTM, Qubadlı DPTM, Ağdam DPTM, Sənaye və Yüksək Texnologiyalar üzrə SDPTM, Tovuz DPTM, Qax PL) yenidənqurma işləri, 1-də isə (Salyan PL) əsaslı təmir işinin aparılması nəzərdə tutulur.