700-dən çox təhsil işçisi sanatoriya və istirahət mərkəzlərinin imkanlarından yararlanıb
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən cari ilin yanvar ayı ərzində ittifaq üzvlərinin sanatoriya və istirahət mərkəzlərinə yollayışlardan istifadəsi ilə bağlı statistika açıqlanıb.
"Azərbaycan müəllimi"xəbər verir ki, bu barədə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev sosial media hesabında paylaşım edib.
Paylaşımda bildirilir ki, ümumilikdə 216 təhsil işçisi sanatoriya yollayışları ilə təmin olunub. 449 ittifaq üzvü isə ailə üzvləri ilə birlikdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən sanatoriya və müalicə mərkəzlərində istirahət edib.
Yanvar ayı ərzində ilk həmkarlar təşkilatlarının sədrləri üçün təşkil olunan proqram çərivəsində ailə üzvləri ilə birlikdə ümumilikdə 92 nəfər üçgünlük müalicə paketindən yararlanıb.
Bunlarla yanaşı, ötən ay ərzində rayon və şəhər komitələrinin təşkil etdiyi ekskursiyalara 165 ittifaq üzvü cəlb edilib.
-
İmran LətifovSalam. Mənim 29 il pedaqoji iş stajım var. Müəllim işləyirəm. İdman muəllimiyəm. Çoxlu sayda diplomların var. Həmkarlar ittifaqının üzvüyəm. İstirahət mərkəzlərinə getmək istəyirəm. Bundan yararlana bilməmişəm. Xahiş edirəm, köməklik göstərəsiniz.2 gün əvvəlCavablaLike (0) -
Esmirə Lətifova25 ildir müəllim işləyirəm. Həmkarlar ittifaqının üzvüyəm. Amma sanatoriya, istirahət mərkəzlərinin heç birindən yararlanmamisam. Xahiş edirəm, mənə bir köməklik göstərin. Bu xidmətlərdən istifadə edə bilim.3 gün əvvəlCavablaLike (0) -
Hüseynova ƏntiqəSalam.Mənim 42 il pedaqoji iş stajım var.Əmək veteranıyam.Məktəbdə təqaüdə çıxana qədər MAHİK sədri vəzifəsində çalışmışam.ETİHİK-nin dəsti xətti ilə hər hansı sanatoriyaya istirahətə və ya müalicəyə gedə bilərəm? Öncədən təşəkkür edirəm.6 ay əvvəlCavablaLike (1) -
Ülviyyə qqaffarovaSalam .mən də müalicə mərkəzinə getmək istəyirəm. kimə müraciət etməliyəm?6 ay əvvəlCavablaLike (1) -
Qacayeva SeriyyeMən niyə 33ildə bir dəfə sanatoriyaya gedə bilmirəm? Hər il müraciət edirəm, imtina gəlir.7 ay əvvəlCavablaLike (1)




