80 şagird mentorluq inkişaf proqramında iştirak edəcək
80 şagirdə mentorluq inkişaf proqramı üzrə səriştəli və faydalı vətəndaş kimi yetişməsinə yardım göstəriləcək.
"Azərbaycan müəllimi" Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov bu gün keçirilən mətbuat konfransında deyib.
Sədr qeyd edib ki, ötən il 343 min vətəndaş peşəyönümlü məsləhət xidmətindən yararlanıb.
Eyni zamanda 11 regionda 95 min vətəndaş “PeşəFest”ə cəlb edilib.



