9000-ə yaxın şagird üçün praktiki imtahanlar keçirilir

8 İyun, 2026 - 11:39
9000-ə yaxın şagird üçün praktiki imtahanlar keçirilir

Peşə təmayüllü siniflərdə praktiki imtahanlar keçirilir. Proses 327 məktəbdə 16 peşə ixtisası üzrə aparılır. İmtahanlarda 9000-ə yaxın şagird iştirak edir.

Bu barədə “Peşə təmayüllü siniflər” layihəsinin rəhbəri Arif Pənahov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirilib.

Onun sözlərinə görə, iyunun 3-dən başlayan proses 13-də başa çatacaq.

Şagirdlərin təhsil aldıqları peşə bacarıqları üzrə  6 nəfərdən ibarət komissiya qiymətləndirir. Komissiyanın tərkibində məktəb rəhbərliyi, peşə təhsil müəssisəsi və özəl sektorun nümayəndələri, layihənin təmsilçiləri və ixtisas fənn müəllimi var.

Qiymətləndirmənin nəticələrinə görə, 20 bal və daha çox bal yığan şagirdlər imtahanları uğurla başa vurmuş hesab edilərək sertifikat əldə edirlər.

9000-ə yaxın şagird üçün praktiki imtahanlar keçirilir
9000-ə yaxın şagird üçün praktiki imtahanlar keçirilir
9000-ə yaxın şagird üçün praktiki imtahanlar keçirilir