Beynəlxalq biologiya olimpiadalarına hazırlaşanlar üçün qış düşərgəsi təşkil olunub
Biologiya fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq məqsədilə qış düşərgəsi təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, Elxan Tahirovun rəhbərliyi ilə keçirilən intensiv dərslərdə beynəlxalq olimpiadalarda yüksək nailiyyətlər qazanan olimpiadaçılar Əhməd Əhmədli, Kənan Orucəliyev, Yusif Vəliyev və Məmmədemin Səlimli iştirakçılarla görüşüblər.
Görüşlər zamanı təcrübəli olimpiadaçılar şagirdlərlə öz hazırlıq strategiyalarını, yarış təcrübələrini, qarşılaşdıqları çətinlikləri və uğur qazanmaq üçün vacib olan bilik və bacarıqları bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.
Qeyd edək ki, qış düşərgəsi şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, motivasiyasının artırılması və beynəlxalq olimpiadalara daha sistemli şəkildə hazırlaşmaları baxımından mühüm əhəmiyyət kəsb edir.



